İctimaiyyət

Azərbaycanın bütün dövlət müəssisələrinin hostinqi olan gov.az internet-domenində fasilə yaranıb

Sentyabrın 25-də saat 15 radələrində Azərbaycanın bütün dövlət müəssisələrinin hostinqi olan gov.az internet-domenində fasilə yaranıb.

Turan agentliyinin sorğusuna cavab olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən fasilənin səbəbinin onlara məlum olmadığını bildiriblər və dövlət müəssisələrinin elektron resurslarının təhlükəsizliyini təmin edən Xüsusi Dövlət Mühafizəsi Xidmətinə müraciət etməyi tövsiyə ediblər. Amma bu idarədən şərh almaq mümkün olmayıb.

İnternet sahəsində ekspertlər də hələlik nə baş verdiyini bilmirlər və rəsmi şərh gözləyirlər.

Qeyd edək ki, sonuncu dəfə bu cür fasilə 2015-ci ildə, İnternet inhisarçısı olan “Delta Telekom” şirkətində yanğın baş verdiyi zaman olmuşdu. Həmin vaxt ölkənin böyük hissəsi 10-12 saat İnternetdən məhrum qalmışdı.

Bir saatlıq fasilədən sonra Azərbaycanın bütün dövlət müəssisələrinin hostinqi olan gov.az internet domenin işi bərpa edilib.

Daha çox göstər
Back to top button