
Ermənistanın İctimai Radiosunda rus dilində yayımlanan “Azərbaycan bir həftə ərzində” proqramında Azərbaycanda həftə ərzində baş verən ən mühüm və maraqlı hadisələr müzakirə olunur. Proqram aparıcıları Anjela Elibegova və Armine Adibekyandır.
Proqram çərçivəsində Azərbaycan SQ tərəfindən keçən həftə keçirilmiş hərbi təlimləri müzakirə olundu.
Azərbaycanda yay müxtəlif hərbi tədbirlərlə olduqca zəngindi: yay aylarında keçirilmiş hərbi təlimlərdən sonra Türkiyə ilə birgə təlimlər keçirilib və indi də çox maraqlı adı olan nöbəti geniş miqyaslı təlimləri keçirilir. Azərbaycan KİV-ləri yazır ki, “Åzərbaycan Dağlıq Qarabağda ermənilərin məhv edilməsinə hazırlaşır”. Yəni, məhv etmək istədikləri nə düşmən ordusu, nə də hərbi obyektlər, məhz Qarabağdakı ermənilərdir. Beləliklə, Azərbaycan mətbuatı Azərbaycan Silahlı Qüvvələrinin nəyə hazırlaşdığını göstərir.
Azərbaycanda bütün bunların tolerantlıq və sülsevərliyə uyğun olmasını düşünürlər. Bu səbəbdən də onların auditoriyası üçün bu tamamilə normal bir başlıqdır. Ancaq burada qeyd etmək lazımdır ki, İlham Əliyev iyunun 26-da hərbi parad zamanı müharibənin bitmədiyini və Azərbaycanın məqsədi ərazi bütövlüyünün bərpası olduğunu demişdi. Yəni, onlar yalnız sülh sözünü söyləmək üçün bu barədə danışırlar.
Onlar öz cəmiyyətinə müharibə üçün xüsusi təlimat verirlər ki, bu, Qarbağda və əgər mümkündürsə, Ermənistan ərazisində ermənilərin məhv edilməsidir, çünki bu təlimlər Azərbaycanla bizim bütün şərq sərhədlərimizi nəzərdə tutur. Yəni, hərbi əməliyyatlar Ermənistan Respublikası ərazisində də planlaşdırılır. Əslində, onlar Tavuş və Naxicevan tərəfindən də bunu göstərməkdədirlər. Beləliklə, üç cəbhədə mübarizə aparacağı ehtimalı olduqca realdır.
Bir tərəfdən, çox yaxşıdır ki, bu təlimlər zamanı onların hansı taktikalardan istifadə etdiklərini və strategiyanın necə inkişaf etdirdiklərini aydın şəkildə görərək, Azərbaycanın hansı bir müharibəyə hazırlaşdığını başa düşürük.
Eyni zamanda, qeyd olunur ki, Azərbaycan mətbuatı mühüm bir şey də qaçırır: təlimlərdə yeni əldə edilmiş silahlardan istifadə bacarıqlarını da öyrənilmişdir. Biz yaxşı başa düşürük ki, bu yeni silahların satın alındığı ölkələrdən müvafiq təlimatçılar da gəlirlər. Bu baxımdan diqqətçəkicidir ki,təlimlər zamanı İsrailin müdafiə naziri Avigdor Liberman öz hərbi tərkibi ilə Bakıda idi.
Həmçinin qeyd olunur ki, bu təlimlər ermənilərin bundan bir həftə öncə keçirdiyi “Şant-2018” təlimlərinin cavabı idilər. Ermənistan tərəfindən “Azərbaycan və Ermənistan arasındakı müharibələri” təlimlərinin keçirilməsi ilə onun işğalçı bir ölkə olduğunu sübut etdiyini bildirərək, Azərbaycan bütün “ermənifobist tolerantlığını” vətənpərvər gənclərin başlarına saldı və onlar öz təlimlərini bunun çərçivəsində də aparır.
Beləliklə də, Azərbaycanda bütün xalqların sülh və harmoniya içində yaşamasına, tolerantlıq və multikulturalizmə dair söylənilən sözlər Avropa auditoriyası üçündür və bunlara inanmamalıyıq, çünki Azərbaycan daxilində tamamilə fərqli münasibətlər var və tamamilə fərqli addımlar atılır.
Azərbaycanda sözlər və hərəkətlər bir-birindən fərqlidir.