Siyasət
MDB-nin terrora qarşı təlimləri 2019-cu ildə Ermənistanda keçiriləcək

MDB-nin sonrakı terrora qarşı təlimləri Ermənistanda keçirməyi planlaşdırılır.
Bu barədə MDB-nin Terrora qarşı mərkəzinin rəhbəri, general-palkovnik Andrey Novikov bildirib.
“Sonrakı təlimlər Ermənistanda keçirməyə planlaşdırılır”-deyə Novikov Qırğızıstanda “İsik Kul-Anti-terror-2018” birgə təlimlərin bağlanış mərasimində bildirib.
MDB-nin himayəsi altında 2017-2019-cu illərdə terrorizm və ekstremizmin digər şiddətli təzahürlərinə qarşı mübarizədə MDB ölkələrinin əməkdaşlıq proqramına uyğun MDB-ə üzv olan dövlətlərin səlahiyyətli orqanlarının “İsik Kul-Anti-terror-2018” birgə anti-terror təlimləri keçirilib.