Siyasət

Azərbaycan hakimiyyəti vətəndaşın Avropada ədalət axtarmasını çətinləşdirir

Azərbaycan vətəndaşlarının Avropa İnsan Haqları Məhkəməsində təmsil olunmaq imkanları necədir?

Azadlıq Radiosu yazır ki, təndiqçilərin fikrincə bu imknlar getdikcə azalır.

Birincisi ona görə ki, 2014-cü ilin sonundan Azərbaycanda qeyri-hökumət təşkilatlarının sayı azalıb və bu sahədə pulsuz xidmət göstərənlərin sayı azalıb.

İkincisi, keçən il nümayəndəlik institutu ləğv olunub, yəni daha vətəndaşı müdafiə etmək üçün hüquqşünas mütləq vəkillər kollegiyasının üzvü olmalıdır. Bu isə ərizəçinin Avropa Məhkəməsində qalib gəlmək perspektivini azaldır.

Avropa Məhkəməsinə müraciətlər göndərən nümayəndə Ruslan Əliyev deyir ki, ölkə daxilində ərizəçini müdafiə edə bilməmək, işi Avropa Məhkəməsində davam etdirməyi çətinləşdirir:

“İşə başdan çıxanda məhkəmədəki arqumentlərdən də xəbərin olur, çünki hakimin hansısa qərəzli hərəkətini sən canlı görmüsən orda. Amma indi nümayəndələr ölkə daxilində işə çıxa bilmirlər və sonda məlum olur ki, Avropa Məhkəməsinə getmək üçün qoyulmalı olan aspektlər irəli sürülməyib”.

Çaşqınlığı kim yaradır?

Belə şikayətlər fonunda, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sentyabrın 14-dəki çıxışında deyib ki, Avropa İnsan Haqları məhkəməsi, Azərbaycanda kollegiyanın üzvü olmayanları da vəkil kimi təqdim edir, halbuki Avropa Məhkəməsinin öz terminologiyasına görə, yalnız Vəkillər Kollegiyasının üzvləri vəkil hesab olunurlar:

“Əgər Avropa Məhkəməsi üçün ərizəçinin təmsilçisinin vəkil olub-olmaması əhəmiyyətli deyilsə, bu zaman təmsilçinin Bakıda vəkil olaraq göstərilməsinə nə ehtiyac var? Bəzən xarici təşkilatlar üzvümüz olmayan şəxs barəsində bizlərə sorğu göndərirlər. Hazırda Vəkillər Kollegiyası üzvlərinin reyestri açıqdır. Göründüyü kimi bu cür təhrifli məlumatlar, yerli ictimaiyyət kimi beynəlxalq ictimaiəyyətin də çaşqınlığına səbəb olur”.

Hüquqşünas Əlayif Həsənov isə deyir ki, Avropa Məhkəməsinə üz tutan ərizəçilərin yalnız kollegiyanın üzvləri tərəfindən təmsil olunması real deyil. Çünki siyasi işlərə çıxan bir neçə vəkil son illər bu kollegiyadan xaric olunublar və bir çox hallarda kollegiya üzvləri işini itirmək təhlükəsinə görə siyasi işlərə çıxmaya bilərlər.

Əlayif Həsənov deyir ki, onun özü, kollegiyanın üzvü olanda da, ordan çıxarılandan sonra Avropa Məhkəməsinə onlarla iş göndərib və udub, Avropa Məhkəməsində vətəndaşı müdafiə edərkən Azərbaycan vəkillər Kollegiyasının üzvü olmaması ona hansısa problem yaratmayıb.

 

Daha çox göstər
Back to top button