
Ermənistan İctimai Radiosunda rus dilində yayımlanan “Azərbaycan bir hətə ərzində” proqramı çərçivəsində Azərbaycanda həftə ərzində baş verən ən mühüm və maraqlı hadisələr müzakirə olunur. Proqram aparıcıları Anjela Elibegova və Armine Adibekyandır.
Proqramda talış fəalı Fəxrəddin Abbaszadənin həbs olunması müzakirə olunub. O, Azərbaycan tərəfinin tələbi ilə Rusiyada saxlanılmışdı.
Bu çox diqqətəlayiq və maraqlı hadisədir, çünki talışlar çox aktiv də olmasa öz müstəqilliyi, özünüdüşmə və şəxsiyyətin qorunması üçün mübarizə aparmağa çalışırlar. Onlar Azərbaycan daxilində assimilyasiyaya qarşı mübarizə aparırlar. Gənc talışlar getdikcə Azərbaycan cəmiyyətinə inteqrasiya olunurlar. Bu problem mövcuddur və talışlar arasında şəxsiyyətin qorunmasını istəyən aktivistlərin bu cür təmizləmələri milli azlıqlara qarşı gələcək təzyiqlərin növbəti dalğasının olduqca maraqlı signalıdırlar.
Qeyd etmək lazımdır ki, Azərbaycanda milli fəalların boğulma və saxlanılma təcrübəsi çox yaygındır. Digər talış fəalı olan professor, “Tolışi Sedo” qəzetinin təsisçisi və baş redaktoru Novruzəli Məmmədov də xəyanət ittihamı ilə həbs olunmuşdu. Xəyanəti isə, oydu ki, onun baqajından onun yazdığı “Talış dilinin qrammatikası” kitabı tapılmışdı. Kitabı ekstemist, milli nifrət doğuran və dövlətçiliyin təməlini pozan saydılar. Nəticədə Novruzəli Məmmədov 2007-ci ildə həbs olunmuşdu və həbsxanada müəmmalı şəkildə dünyasını dəyişmişdi. O 67 yaşındaydı. O, beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınmışdı.
Həmçinin məşhur “Ты кто такой, давай до свиданья” meyxanasını yazan digər talış fəalların təqib olunması qeyd olunur. Meyxanaçı qardaşların məşhur olmasına baxmayaraq, bunu talış mədəniyyətinin bir hissəsi olduğunu təbliğ etməyə çalışan talış fəalları da susdurdular.
Abbaszadə Rusiya Federasiyasının vətəndaşı deyildir və indi Azərbaycan hakimiyyətləri faktiki olaraq Lapşinə qarşı tətbiq edilən “cinayətkarların” ekstradisiya praktikasından istifadə edirlər.
Ancaq həkayə belə bitmədi. Onu hələ ki, ekstradisiya etmədilər, çünki Azərbaycanda onu çox istənilməz bir taley gözləyir. Novruzəli Məmmədovun nümunəsi göstərir ki, onu orada yaxşı bir şey gözləmir.
Fəxrəddin Abbaszadə bir neçə kitabın, o cümlədən lüğətlər və iki dərsliyin müəllifidir («Несостоявшаяся независимость Талыша», «Мыслить немыслимое: моя борьба за независимость Талышистана»). Məhz bu iki kitabı Azərbaycanda əsəbilik yaradır. Əlavə olaraq o, Ermənistanda keçirilən konfranslarda da bir neçə dəfə iştirak etmişdir.
Abbaszadə öz həyatını Talışstanın müstəqilliyinə həsr etmiş bir şəxsdir və o, Azərbaycanın yerli əhalisi olan talışlar, lezginlər, avarlar, tsaxurlar və tatlara milli azlıq demələrini sevmir. O müsahibələrindən birində demişdi ki, talışlara milli azlıq deməsi onun üçün böyük bir təhqirdir. Onun fikrincə, bu xalqlar Azərbaycanın yerli xalqlarıdır. Azərbaycan onların ölkəsidir və onlar özlərini özlərini tam vətəndaş kimi hiss etməlidirlər, lakin bir azlıq kimi göstərilirlər.
Onlar dövlətdən öz haqlarını tələb etmək məcburiyyətindədirlər, lakin yerli əhalisi üçün digərlərlə müqayisədə problemlər bir az daha çoxdur, çünki hər kəsin də maliyyə və iqtisadi problemləri vardır, ancaq Azərbaycanda yerli əhalisi üçün əlavə olaraq təhsil, din və etnik problemləri də mövcuddur, çünki Azərbaycan yerli xalqların və milli azlıqların hüquqlarının qorunması üçün beynəlxalq normalara riayət etmir.