BaşlıcaSiyasət

ATƏT MQ-nun bəyanatı: “Tam tənzimlənmə güzəştlər tələb edir”

ATƏT Minsk qrupunun həmsədrləri sentyabrın 25-27-də  olan müddətdə BMT Baş Assambleyası ərzində  Ermənistan Xarici işlər naziri  Zohrab Mnatsakanyanla və Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovla ayrılıqda və birlikdə görüşlər keçirib. Bu haqda ATƏT-in mətbuat xidmətindən məlumatlandırılır.Görüşlər ərzində  həmsədlərə eləcə də  ATƏT-in fəaliyyətdəki sədrin şəxsi  təmsilçisi Ancey Kasprşik də qoşulub.Onlar  eləcə də ATƏT Baş katibinin  siyasət məsələləri üzrə  BMT Baş katibinin müavini  və İtalya hökumətində  ATƏT  nümayəndəsiylə görüşləri olub. Nazirlər Artsax münaqişənin sülh yolu ilə həllinə istiqamətlənmiş  danışıqları davam etmişlər. Həmsədrlər və nazirlər regionda vəziyyəti müzakirə edərək  son vaxtlarda səsləndirilən bir sıra bəyanatlar ətrafında aydınlaşdırma xahiş etmişlər. Həmsədrlər ardıcıl xarakter daşıyan insan tələfatı faktını  təəsüfləndirici hesab edib.Onlar  nazirləri hərbi əməliyyatlara başlamaq təhlükəsi barədə xəbərda edib. Tərəfləri  müsbət mühitin yaradılmasına konstruktiv  yanaşmaq və  vəziyyəti alışdıran ritorika yanaşmasının qarşısını almağa çağırıb. Həmsədrlər qeyd edib ki,  tamamiylə nizamlanma bütün tərəflərdən güzəştlər tələb  ediəcək.Bu kontekstdə, nazirlər danışıq  prosessinin aktivləşdirilməsini və gərginləşmiş vəziyyəti  sabitləşdirməyə  yönəlmiş addımların mühümlüyü təstiq etdi.Nazirlər ilin sonuna kimi  bir dəfə yenə görüşmək üçün şərtləşdilər.Həmsədrlər yaxın gələcəkdə  regiona səfər etməyi və ondan sonra ATƏT Minsk qrupuna və Daimi Şuraya danışıqların  gedişatı barədə məlumatlandırmağı planlaşdırır.

 

Daha çox göstər
Back to top button