İctimaiyyət

Azərbaycanda Aşura günü qan verənlərdə QİÇS və sifilis aşkarlanıb

Azərbaycanın Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədilə keçirilən könüllü qanvermə aksiyalarında toplanılan qanın infeksiyalara görə müayinəsi aparılıb.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, müayinələr B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının kliniki laboratoriyasında  IFA (imunoferment) metodu ilə həyata  keçirilib.

Aşura günü qan verən 5 min 539 nəfərin qanı müvafiq qaydada yoxlanılıb. Bir nəfərdə QİÇS,  96 nəfərdə Hepatit B, 116 nəfərdə Hepatit C, 76 nəfərdə sifilis aşkarlanıb.

Daha çox göstər
Back to top button