BaşlıcaBeynəlxalq
Emanuel Makron oktyabrın 11-12-də Ermənistana səfər edəcək

Yerevanda keçiriləcək Frankofone sammitinin şərəfli qonaqları arasında Fransa Prezidenti Emanuel Makron oktyabrın 11-12-də Ermənistana səfər edəcək. Bu haqda Fransanın Ermənistandakı səfiri Conatan Lakot bu gün mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Makronu Fransanın Xarici işlər naziri Jan-İv Le Drian və müxtəlif sahələri təmsil edən bir sıra şəxslər müşayiət edəcəklər.