İctimaiyyət

Gürcüstandakı Azərbaycandilli məktəbi bağlanmaq təhlükəsi ilə üzləşir

Gürcüstanın Muğanlı kəndinin ictimai mərktəbi bağlanmaq təhlükəsi  ilə üləşir.

“Report.az”ın bildirdiyinə görə, buna səbəb məktəb binasının acınacaqlı vəziyyəti və orada təhsil almaq üçün normal şəraitin olmamasıdır.

Bu məktəbdə 500 şagird təhsil alır,  60-a yaxın müəllim işləyir.

Təhsil ocağı 40 ildən artıqdır istifadəyə verilsə də, bu günə qədər binada əsaslı təmir işləri aparılmayıb. Üçmərtəbəli binada valideyn və müəllimlərin köməyi ilə iki dəfə yalnız xırda təmir işləri həyata keçirilib.  Məktəbin mərtəbələrində tavan və divarlar uçub, əksər pəncərələrin şüşələri sındığından onlar taxta və dəmir parçalarla əvəz olunub. Əksər sinif və dəhlizlər elektrik xətləri sıradan çıxdığından işıqla təmin olunmur.  Məktəbin təhsilə yararsız olması məktəblilərin davamiyyətinə mənfi təsir göstərir. Məkdəbdə istilik sistemi yoxdur, qış fəslində siniflər odun sobası ilə isidilir.

Şagirdlərin valideynləri və müəllimlər Gürcüstanın aidiyyatı qurumlarına məktəbin təmir olunması ilə bağlı bir neçə dəfə müraciət etsə də, müraciətlər nəticəsiz qalıb.

Daha çox göstər
Back to top button