
MDB Dövlət Başçıları Şurasının sıx tərkiblə görüşündə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan MDB-də əməkdaşlığın genişləndirilməsinə və müxtəlif istiqamətlərdə əlaqələrin dərinləşməsinə xüsusi önəm verib. Baş nazirin sözlərinə görə, MDB-nin potensialı regional əməkdaşlığın inkişafı üçün tükənməyib və odur ki, bütün bunların həyata keçirilməsinə doğru addımlar atmaq lazımdır. “Bu, milli iqtisadiyyatların rəqabət qabiliyyətinə, vətəndaşların rifahına, humanitar əlaqələrin inkişafına və insan əlaqələrinin möhkəmlənməsinə kömək edəcəkdir”- deyərək Nikol Paşinyan bildirib.