N.Paşinyan və E. Rəhmon müxtəlif sahələrdə erməni-tacik əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

Baş nazir Nikol Paşinyan Tacikistan Respublikasına işgüzar səfərə gedib və həmin ölkənin Prezidenti Emoməli Rəhmonla görüşüb.ER hökumətindən verilən məlumata görə, tacik lider ikitərəfli siyasi münasibətlərin səviyyəsindən razılığını ifadə edib həm ticarət həm iqtisadi əlaqələri genişləndirmək üçün birgə addımların həyata keçirilməsinə və onların yeni təkan almasına böyük əhəmiyyət veririlib. ER Baş naziri vurğulayıb ki, Ermənistan hökuməti iki ölkə arasında çoxtərəfli əməkdaşlığın inkişafı və dərinləşməsində olduqca maraqlıdır. Nikol Paşinyan iqtisadi sahədə xüsusi layihələrin hazırlanmasına və həyata keçirilməsinə böyük əhəmiyyət verib. Hökumət başçısının sözlərinə görə, Ermənistan ikitərəfli və beynəlxalq, regional təşkilatlar və inteqrasiya birlikləri çərçivəsində əməkdaşlığı mühüm hesab edir.Görüş ərzində tərəflər müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə etmiş, inteqrasiya ittifaqları çərçivəsində gələcək əməkdaşlığa toxunmuşlar.Axşam saatlarında Baş nazir, MDB liderlərinin şərəfinə təşkil edilən qeyri-rəsmi bir yeməyə qatılmışdır.