İctimaiyyət
Azərbaycanda hərbi zavodda yenə qəza olub

Bu gün, sentyabrın 28-də saat 10:45 radələrində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin Şirvan «Araz» zavodunda yanğın baş verib.
Nazirliyin məlumatında vurğulanır ki, zavodun 8-ci sahəsində kiçik yanğın hadisəsi olub. Yanğının sahədə yerləşən konteynerdə elektrik kəsici alətlə təmir işləri aparan zaman qığılcımdan yaranan alışma nəticəsində baş verdiyi bildirilir.
«Yanğını qısa müddətdə zavodun işçiləri daxili yanğınsöndürmə vasitələri ilə söndürüblər. Hadisə zamanı zavodun iki əməkdaşı yüngül yanıq xəsarəti alıb. Xəsarət alanlar dərhal Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib», – nazirlik qeyd edir.