Siyasət

Zakir Qaralovdan Gəncə hadisələri haqqında

Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısına qarşı baş vermiş terror aktı və daha sonra bu terror aktına dəstək verən şəxslərin tam dairəsi müəyyən olunub.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib.

Onun sözlərinə görə, bu günə qədər 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib:

“Onlar müvafiq məhkəmələrin qərarları ilə həbs edilib, 11 nəfər haqqında axtarış elan edilib”.

Zakir Qaralov qeyd edib ki, axtarışda olan iki nəfər tutularaq ölkəyə gətirilib:

“Bəzi cinayətkarların yerləri müəyyən edilib, onların ekstradisiyası ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Həmin terror aktının təşkilatçıları və təhrikçiləri istintaq tərəfindən tam müəyyən edilib. Bu məsələdə heç kim məsuliyyətdən kənarda qalmayacaq. Hesab edirik ki, bu ilin sonuna qədər cinayət işi yekunlaşacaq”.

Daha çox göstər
Back to top button