Ekonomika

ABB-dən götürülən pulların qaytarılıb-qaytarılmadığı bilinmir

Azərbaycan Beynəlxalq Bankının (ABB) vəziyyətini ekspert Əkrəm Həsənov  təqdim etdi.

Yazıda bildirilir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı-nın (AYİB) ABB-nin səhmdarı ola biləcəyi xəbəri yayılıb, amma bu məsələ yeni deyil. Müəllifin qeyd etməsinə görə, hələ bir neçə il əvvəl də AYİB bu bankın səhmdarı ola biləcəyini açıqlamışdı.Yazıda vurğulanır ki, ABB-nin məlum çöküşündən sonra AYİB prezidenti korporativ idarəetmədə islahat aparılarsa, ABB-nin səhmdarı olmaq məsələsi barədə düşünə biləcəklərini söyləmişdi.

“ABB-nin bağlanması, çökməsi bütövlükdə Azərbaycanın bank sistemini çökdürə, xarici investorların, daxili müştərilərin bank sisteminə inamını sarsıda bilər. Dövlət ABB-ni sağlamalaşdırmaq üçün büdcədən milyardlarla pul ayırır, bankın öhdəliklərini üzərinə götürür. Bunda məqsəd isə Azərbaycan bank sisteminin bütövlükdə xilas edilməsidir”.

Ə.Həsənov deyib ki, ABB 2017-ci ili formal olaraq 800 milyon manat gəlirlə başa vurub, amma bankın səhmləri nominal dəyərindən aşağı satılır.

Ekspert sağlamlaşdırma prosesi getsə də ona inamsızlıq yaşanmasını ABB rəhbərliyinin işinin öhdəsindən gəlməməsi kimi izah edir.

Ə.Həsənov vurğulayıb ki, bəzi iş adamlarının bankdan külli miqdarda kredit götürmələrini eşidiblər, amma bu pulların qaytarılıb-qaytarılmadığı bilinmir. Onun fikrincə, ABB dən götürülən kreditlərin qaytarılması haqqında vətəndaşlara məlumat verilməlidir.

Ekspert qeyd edib ki, ABB-yə dövlət büdcəsindən milyard manatlarla pul ayrılıb.

Daha çox göstər
Back to top button