BaşlıcaBeynəlxalq

Nikol Paşinyan və İlham Əliyev gərginliyi azaltmaq və sərhəddə baş verən hadisələrin qarşısının alınması barədə razılığa gəliblər

Ermənistan Respublikasının  Baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə Duşənbə şəhərində gərginliyi azaltmaq və sərhəddəki hadisələrin qarşısını almaq üçün razılıq əldə edib. Bu haqda Baş nazir  “Feysbuk”səhifəsində canlı yayım ərzində bildirib.”Bu dəfə bir mövzu haqqında danışdıq və nəticədə bəzi vacib olan mövzular  protokollaşdırdıq.Şərtləşdik ki, Müdafiə nazirlərinə sərhəddə gərginliyi  azaltmaq və sərhəddə hadisələrin qarşısını almaqla bağlı təlimatlar verilsin.Məncə bu olduqca müvafiq  şərtləşmədir”-deyərək Paşinyan qeyd edib..“Müvafiq sərəncam vermişəm bizim Silahlı qüvvələrimizə  və ötən gecə  deyə bilərəm ki, mənim Baş nazir seçildiyimdən sonra ən  sabit gecə olub”-deyərək Baş nazir qeyd edib.Nikol Paşinyan söhbət zamanı danışıqlar prosesinə sadiq qaldığını vurğuladı. “Biz bir operativ  rabitə şəbəkəsi yaratmaq üçün razılığa gəldik və lakin o  texniki baxımla  necə olacaqsa hər hansı bir texniki razılaşmaya malik deyilik” – deyərək o, əlavə edib ki, məzmunlu hər hansısa müzakirə olunmayıb.

 

Daha çox göstər
Back to top button