İctimaiyyət

Bakıxanov qəsəbəsində eyvanlardakı paltar ipləri söküldü

Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq göstərişinə əsasən şəhərin estetik görünüşünün pozulmaması üçün paytaxtın mərkəzi prospektlərində, ayrı-ayrı qəsəbələrində yaşayan sakinlərə eyvanlardan paltar asmağı dayandırmaq barədə xəbərdarlıq edilib.

Oxu.Az-a daxil olan xəbərə görə, bu göstərişin icrasını təmin etmək məqsədi ilə bu gün Sabunçu Rayon İcra Hakimiyyəti, Rayon Polis İdarəsi, 13-cü Polis Şöbəsi və ərazi üzrə mənzil istisimar sahələrinin əməkdaşları ilə birgə Bakıxanov qəsəbəsində reyd keçirilib.

Tədbir zamanı evyanda paltar qurutmaq üçün asılan ipləri sökülüb, həmin ipləri bərkitmək üçün quraşdırılan dəmir konstruksiyalar kəsilib.

Mənzillərdə olan polis və mənzil istisimar sahələrinin əməkdaşları vətəndaşlarla profilaktik söhbətlər apararaq bu cür halların şəhərdə xoşagəlməz görüntü yatardığı barədə məlumat veriblər. Bu söhbətlərdən sonra bəzi vətəndaşlar eyvanda quraşdırdıqları ipləri özləri aradan qaldırmağa üstünlük veriblər.

Keçirilən tədbir zamanı Sabunçu rayonu Bakıxanov qəsəbəsində binalarda paltar qurutmaq üçün asılan iplərin əksəri kəsilib və sakinlərə xəbərdarlıq edilib.

Daha çox göstər
Back to top button