Siyasət

Baş Prokurorluq İlqar Məmmədova cavab verib – höküm güvvədədir

Turan TV-nin xəbərinə görə, Baş Prokurorluq REAl Partiyasının sədri İlqar Məmmədovun baş prokuror Zakir Qaralova müraciətinə cavab verib.

Cavabı prokurorluğun Müraciətlərə baxılması idarəsinin rəisi Anar Məmmədov göndərib. Cavab məktubunda REAL liderinin müraciətinə baxıldığı qeyd edilir.

Yazılır ki, İ.Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 220.1 və 315.2-ci maddələri ilə təqsirli bilinərək, 7 il müddətinə azadlıqdan məhrum olunub. Şəki Apellyasiya Məhkəməsi isə 2018-ci ilin avqustunda İ.Məmmədovun vəkillərinin apellyasiya şikayətini qismən təmin edib. Hökm qismən dəyişdirilib və İ.Məmmədun cəzasının çəkilməmiş 1 il 5 ay 21 günlük hissəsi 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.

“Qanuni qüvvədə olan göstərilən məhkəmə qərarı ilə Cinayət Məcəlləsinin 220.1 və 315.2-ci maddələri ilə məhkum olunmağınıza dair birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslı hesab edilmişdir. Qeyd olunanlarla əlaqədar sizə izah edilir ki, Cinayət- prosessual Məcəlləsinin 409-ciu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək hüququnuz vardır”, məktubun sonunda yazılır.

REAl lideri prokurorluğun cavabı ilə bağlı şərhində yazıb ki, hüquqlarının pozuntusunun nəticələrinin aradan qaldırılması üçün qanun çərçivəsində bütün addımların atılacağını ifadə edib. O, eyni zamanda cinayətin ört-basdır edilməsinin özünün də cinayət olduğunu, bununla bağlı Cinyaət Məcəlləsində maddə olduğunu qeyd edib.

REAl Partiyasının sədri sentaybrın əvvəlində baş prokuror Zakir Qaralova müraciət etmişdi. Avqustda həbsdən azadlığa buraxılmış siyasətçi müraciətində həbs edilməsi ilə ona münasibətdə cinayətə yol verildiyini vurğulamış, bu əməldə iştirak etmiş şəxslərin məsuliyyətə cəlb olunmasını tələb etmişdi.

Daha çox göstər
Back to top button