Təhlil

Orxan Camalın ölümünün yeni təfərrüatları

Rusiyalı jurnalist Orxan Camalın Mərkəzi Afrika Respublikasında (MAR) ölümü ilə bağlı yeni təfərrüat ortaya çıxıb.

Eurasia Diary Oxu.Az-a istinadən xəbər verir ki, “Dojd” telekanalı Orxanın güc strukturlarındakı mənbəyi və yaxın dostuna istinadən bildirilir ki, jurnalist Rusiyadan MAR-da fəaliyyət göstərən özəl hərbi şirkətlərə qanunsuz silah tədarükünü araşdırırdı.

Rusiya Federal Təhlükəsizlik Xidmətinə yaxın mənbə isə birdirib ki, Orxan fevralda Suriyada “Vaqner” özəl hərbi şirkətinin yüzlərlə döyüşçüsünün ölümü ilə nəticələnən koalisiyanın aviazərbəsindən sonra silah tədarükü ilə maraqlanıb.

“Ona izah etdim ki, artıq dayanmaq lazımdır. Təəssüf ki, o məni dinləmədi. Bizim elə münasibətlərimiz də olmayıb ki, Orxan məni dinləsin”, – deyə mənbə bildirib.

O qeyd edib ki, Orxan özəl hərbi şirkətlərə silahı Rusiya Müdafiə Nazirliyi tərəfindən ötürülməsindən şübhələnirdi.

İddia olunur ki, jurnalist MAR-a məhz silah-sursatın təhvil verilməsi anını lentə almaq üçün yollanıb.

Orxanın dostu olan jurnalist Nadejda Qevorkova isə bildirib ki, hadisə baş verməzdən bir neçə həftə öncə Orxan həbs olunacağından ehtiyat edirdi.

Jurnalistin digər yaxını isə deyib ki, Orxan MAR-a səfərindən bir neçə həftə əvvəl mobil telefondan imtina edib. O, dinlənildiyi bilirmiş.

Daha çox göstər
Back to top button