İctimaiyyət

Sumqayıtda dəhşətli yol qəzası, ölənlər var

Sumqayıtda sərnişin avtobusu qəzaya uğrayıb.

Report-un verdiyi məlumata görə, hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib.

Bakıdan Quba rayonuna turist aparan mikroavtobus Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən körpünün altında “Shakman” markalı yük maşını ilə toqquşub.

Nəticədə 17 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisi dünyasını dəyişib. Yaralılardan 10 nəfəri reanimasiya şöbəsinə yerləşdirilib.

 

Daha çox göstər
Back to top button