Siyasət

“Bələdiyyə üzvlərinin sayı həddən artıq çoxdur” – Siyavuş Novruzov

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov bələdiyyə üzvlərinin sayının azadılmasını təklif edib.

“Bələdiyyələrlə bağlı kifayət qədər qanunlar var. Amma bunların təkmilləşdirilməsinə ehtiyac var. Vaxt və say baxımından təkmilləşmə olmalıdır. Çünki bələdiyyə üzvlərinin sayı həddindən artıq çoxdur. Bu qədər sayda bələdiyyə üzvünün təmsilçiliyinə ehtiyac yoxdur. Elə rayon var ki, 500-ə yaxın bələdiyyə üzvü var. Ən kiçik kəndlərdə belə 3-5 bələdiyyə üzvü seçilir. Bunlar nəyə lazımdır?”.

Deputat həmçinin milli adətlərlə bağlı olan  qanunlarımızın sərtləşdirilməsini təklif edib:

“Burada istər yas, istərsə də toy mərasimləri yer alır. Artıq zamanı gəlib çatıb ki, bu məsələlər qanunla tənzimlənsin. İndi bunu ictimai tənbehlə tənzimləmək mümkün deyil. Ziyalılar çıxış edir, deputatlar da deyir, amma  nəticəsi yoxdur. Ona görə də qanun qəbul olunmalıdır”

Daha çox göstər
Back to top button