İctimaiyyət
Azərbaycanda 160 nömrəli avtobus daha bir qəza törətdi

Bakının Xəzər rayonu Binə qəsəbəsində daha bir yol nəqliyyat hadisəsi baş verib.
Bizimyol.info-ya daxil olan məlumata görə 160 nömrəli, 10-TG-907 dövlət nömrə nişanlı, 02078 eyniləşdirmə kodlu avtobus 42-BM-057 dövlət nömrə nişanlı “VAZ21-07” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində xəsarət alanlar olmasa da nəqliyyat vasitəsinə ziyan dəyib.
Xatırladaq ki, 1 oktyabr tarixində 160 nömrəli avtobus qatarla toqquşub və nəticədə 2 nəfər ölüb, 34 nəfər isə xəsarət alıb.
Qəza zamanı çəkilən fotoşəkilləri oxucularımıza təqdim edirik.