İctimaiyyət
Bakıda dalbadal üçüncü avtobus qəzası baş verdi

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, Zaqulba yolu ilə Bilgəh qəsəbəsi istiqamətində hərəkətdə olan “10-TH-113” dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusu qarşıda gedən “90-DN-376” dövlət qeydiyyat nişanlı “Mercedes”lə toqquşub.
Nəticədə “Mercedes”in 1994-cü il təvəllüdlü sürücüsü Sarıyev Mərhəmət Məhəmməd oğlu xəsarət alıb. Qəza zamanı xəsarət alan “Mercedes”in sürücüsü aviasiya əməkdaşı olub. 1994-cü il təvəllüdlü Sarıyev Mərhəmət Məhəmməd oğlu Milli Aviasiya Akademiyasını bitirib və hazırda bu sahə üzrə işləyir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu, son günlər baş verən üçüncü avtobus qəzasıdır.