BaşlıcaTəhlil

Putinin Azərbaycana səfəri: Rusiya-Azərbaycan biznes maraqları bir-birinə ailə səviyyəsi ilə bağlıdırlar

Ermənistanın İctimai Radiosunda rus dilində yayımlanan “Azərbaycan bir həftə ərzində” proqramında Azərbaycanda həftə ərzində baş verən ən mühüm və maraqlı hadisələr müzakirə olunur. Proqram aparıcıları Anjela Elibegova və Armine Adibekyandır.

Proqram çərçivəsində Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri müzakirə olundu.

Qeyd edək ki, İlham Əliyevlə Putinin əvvəlki görüşündən bir ay keçməmişdi. Görüş zamanı Rusiya və Azərbaycan ikitərəfli münasibətlərinin olduqca ciddi və mühüm məsələləri müzakirə olunmuşdu. İqtisadiyyat, nəqliyyat və hərbi sahələrində əməkdaşlığın prespektivləri qeyd olunmuşdu. Vladimir Putinin səfəri uzun müddətli olmasa da, bəzi məsələlər daha geniş şəkildə müzakirə olundu və tərəflər arasında qoyulmuş vəzifələrə, məsələn, iqtisadi əməkdaşlıq və müdafiə sahəsində əməkdaşlıq üzrə komissiyalara dair xüsusi razılaşmalar olub.

Biz görürük ki, Bakı və Moskva son zamanlarda əlaqələrini yüksək səviyyəsində olduqca intensivləşdilər və səmərəli çalışmaq istəyirlər, lakin Putinin Bakıya etdiyi bu səfərin xüsusiyyətlərindən biri odur ki, bu dəfə müxalif siyasətçilər tərəfindən “Putinin Azərbaycana səfərinin əhəmiyyətini qiymətləndirmək” mövzusunda dəyirmi masa təşkil edildi. Tədbir nəticəsində bəyanat yayılıb. Bəyanatda qeyd olunurdu ki, Rusiya Federasiyası dünya və Azərbaycan üçün təhlükəlidir. Həmçinin qeyd olunurdu ki, Azərbaycanda rus dilinin yayılması və Azərbaycanın KTMT-yə üzv olması alqışlanmır. Azərbaycandan çox səsləndirilir ki, Azərbaycan çox uzun zaman müstəqillik üçün mübarizə apamışdır və KTMT-yə qoşulmaz.

Azərbaycanda anti-rus əhvalları vardı və daima da olmuşdu. Bu, Bakıda və Sumqayıtda ermənilərin pogromları zamanı da görünürdü. O zaman rusları da ölkədən çıxartdılar. Çoxları Azərbaycandan 90-cı illərdə getdilər.

Biz rəsmi ideologiya və təbliğatı tərəfindən yaradılan “Rusiya Qarabağ müharibəsi zamanı Ermənistana yardım etmişdir” mifini görürük. Və, ümumiyyətlə, bütün hadisələri, Azərbaycan bir şəkildə təqdim edir: ermənilər günahkardır, onları isə, Rusiya kömək edir. Bu, rəsmi ideologiyanın bir hissəsidir.

Hər il yanvarın 20-si Azərbaycanda rus tanklarının şəhərə girmə günü kimi qeyd olunur. Əlbəttə ki, onlar susurlar ki, tankların şəhərə girmə səbəbi oradakı ermənilərin bir həftə sürən qırğınları idi. Bu, rəsmi təbliğatla anti-rus ruhunda təqdim olunur. Aydındır ki, bu vəziyyətdə müxalifət vəziyyətdən istifadə etmək üçün bir daha xatırlatmaq istəyirdi ki, Azərbaycanda Rusiya və rusiyalılara, hökumətin rəsmən elan edilmiş mövqeyinə baxmayaraq, birmənalı baxmırlar.

Beşinci kolonnaya, təhdidlərə və müstəqilliyinin dəstəklənmələrinə dair  bütün bu duygusal partlamalar mövzu pul olunca yox olurlar. Putinin Azərbaycan etdiyi səfəri isə, məhz pulla bağlı idi: kiçik biznesin inkişafı, logistika koridorları, enerji layihələri. Həmçinin unutmamalıyıq ki, Azərbaycanda rus biznesi çox ciddi şəkildə təmsil olunur, Rusiyada isə, əksinə.

Əliyevlər ailəsinin nümayəndəsi Rusiya ilə iqtisadi biznes əməkdaşlığını nəzarət edir. İlham Əliyevin qızı Arzu Əliyevanın həyat yoldaşı Səməd Qurbanov Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədridir. Əliyevin diğər qızının sabiq həyat yoldaşı Ağalarov da Rusiyada çox nüfuzlu bir ailələrdən birinin nümayəndəsidir.

Beləliklə də, onların biznes maraqları demək olar ki, ailə səviyyəsi ilə bağlıdır və buna görə də, müxalifətin rusofob narahatlıqları qeyri-səmimi görünürlər.

Daha çox göstər
Back to top button