İctimaiyyət

Tütün məhsullarının qiymət artımı davam edəcək

Azərbaycanda satılan siqaretlərin əksəriyyəti xaricdə istehsal olunur və gömrük əməliyyatları şəffaflaşdıqca, onun qiymətlərinin artması da qaçılmaz olur. Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Xatırladaq ki, sentyabrın 29-dan etibarən pərakəndə satış obyektlərində və siqaret köşklərində siqaretlər artırılmış qiymətlərlə satılır. “LD” siqaretlərinin bir qutusu 30 qəpik, “Sobranie” markalı siqaretlər 50 qəpik (2,8 manatdan 3 manatadək), “Kent” siqareti mağazalardan asılı olaraq 30-40 qəpik bahalaşıb. Satıcılar bu bahalaşmanı topdansatış mərkəzlərində buraxılış qiymətlərinin qaldırılması ilə izah edirlər.

Natiq Cəfərlinin sözlərinə görə, malların çatdırılması üçün müxtəlif kölgə sxemlərinin mövcud olduğu ötən illərdən fərqli olaraq, nə qədər qəribə görünsə də, indi gömrük əməliyyatları nisbətən şəffaflaşmağa başlayıb: “Ona görə də ölkəyə mal idxal edən şirkətlər gömrük rüsumlarını və bütün vergiləri tamamilə ödəyirlər. Həmin ödənmiş məbləğləri isə malların satış qiymətlərinin üzərinə tam şəkildə əlavə edirlər. Beləliklə, qiymətlər avtomatik artır”.

“Siqaretlərə gəlincə, bir çox ölkələrdə onlar Azərbaycana nisbətən daha baha qiymətə satılır. Ona görə də, əgər sahibkarlar bütün rüsum və vergiləri ödəyirlərsə, onlara qiymət artımına görə irad tutmaq düzgün deyil. Bu səbəbdən bir çox ölkələrdə siqaret çəkmək əleyhinə mübarizə aparılır” — deyə ekspert bildirib.

Azərbaycan təəssüf ki, Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Bu səbəbdən də ölkə daxilindəki alıcılar, satıcılar və istehlakçılar beynəlxalq institutlar vasitəsilə malların keyfiyyətinə iradlarını bildirə bilmirlər. Özü də bu, təkcə siqaretin keyfiyyəti ilə bağlı deyil.

Daha çox göstər
Back to top button