Qurban Qurbanov: “Mxitaryanın burda olmaması hamımız üçün yaxşıdı”

“Arsenal”ın baş məşqçisi Unai Emeri Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”la səfər oyunu öncəsi mətbuat konfransı keçirib.
“Hər bir turnir bizim üçün önəmli olduğundan, hər birinə eyni şəkildə hazırlaşrıq. Sabahkı matçı da belə olacaq. Nəzərə alsaq ki, ölkə daxilində səfərlər edirik, belə sıx qrafikə hazırıq. Mxitaryan Bakıya gələ bilməzdi. Bu oyuna mental olaraq ən hazırlıqlı futbolçularla gəlmişik.
Mxitaryan həftənin ilk 2 günündə xəstə idi. Remsi özü məndən xahiş etdi ki, Londonda qalsın. Çünki həyat yoldaşı hamilədi, qız övladı dünyaya gələcək.
Mənim işim futboldu. Siyasi məsələlərə qarışmıram. Bütün ölkələrə və insanlara hörmətim var”.
Bakıda, oktyabrın 4-də Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Londonun “Arsenal” klubu ilə görüşdən əvvəl “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.
Rəqibin heyətində oynayan erməni futbolçu Henrix Mxitaryanın Bakıdakı oyuna gətirilməməsi məsələsinə toxunan Q.Qurbanov rəqibin düzgün addım atdığını deyib.
Futbolu siyasətə qarışdırmağın əleyhinə olduğunu deyən “Qarabağın” çalışdırıcısı, bəzən bunsuz mümkün olmadığını deyib.
O qeyd ed ib ki, belə hallarda klub öz futbolçusunu qoruyub saxlamaq istəyir və əlavə söz-söhbət ətrafında düşünmək istəmir.
“Elə insanlar var ki, müharibədə öz əzizlərini itirib. Ola bilər ki, emosiolarını saxlaya bilməsinlər. Eyni anda 10-15 nəfər təzyiq edirsə, bu, hamının etirazı deməkdir. Ona görə klub düzgün addım atıb. Mxitaryanın olmaması hamımız üçün yaxşıdır. Onun oyundan qorxmağa yox, digər məsələyə görə”.