
Ermənistan öz yaşayış əraziləri üzərinə atəş edən bir dövlətin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olacağına heç vaxt razı olmaz.Milli Parlamentdə hökumət ilə sorğu-cavab ərzində ER Baş naziri Nikol Paşinyan MP deputatı ,ERP(Ermənistanın Respublikaçı partiyası) sədr müavini Armen Aşotyanın o sualına ki, “doğurdanmı KTMT –da Azərbaycanın üzvülüyü və yaxud müşahidəçi kimi cəlb olunmasıyla bağlı bəzi prosess var, əgər varsa buna Ermənistanın baxışı necədir?”-sualına cavab olaraq ,oxşar bəyanat edib.“Müşahidəçi kimi cəlb olunmaqçün hər hansısa rəsmi proses yoxdur, yalnız söz-söhbətlər var.Ermənistanın mövqeyi olduqca qətidir və mən bu barədə bir neçə dəfə elan etmişəm. Belə məsələlər konsensus əsasında həll olunur və təbii ki, mövcud münasibətlər şəraitində və hərbi-siyasi vəziyyətdə, bu barədə danışmaq mənasızdır, çünki Ermənistan Respublikası öz əraziləri üzərinə atəş açan dövlətin bizim əsas hərbi-siyasi təşkilatımıza üzv və ya hətta müşahidəçi olmağına qətiyyən razı ola bilməz”-deyərək Paşinyan qeyd edib.