İctimaiyyət

Türkiyədə sənədsiz yaşayan azərbaycanlılar

«Yeni Müsavat» qəzetində «Türkiyədə sənədsiz yaşayan azərbaycanlılar-Diaspor Komitəsi hərəkətə keçdi» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, hazırda Türkiyədə işləmək, yaşamaq və digər müxtəlif səbəblərlə gələn milyonlarla xarici vətəndaş məskunlaşıb.

«Onların arasında azərbaycanlılar da var və çoxluq təşkil edir», – deyə müəllif vurğulayır.

Müəllif Azərbaycandan gedən həmin insanların da bəziləri ilə tanış olub: «1990-cı illərin əvvəllərində Türkiyəyə köç etmiş bu insanların sənədlərinin etibarlılıq müddəti bitdiyi üçün onlar yaşadıqları yerdə bir çox hüquqlardan məhrum olub. Azərbaycan vətəndaşlığını itirən və Türkiyə vətəndaşlığı da ala bilməyən bu şəxslər etibarsız kimlik sənədləriylə gəzirlər».

Yazıda bildirilir ki, həmin insanların uşaqları isə tamamilə sənədsiz yaşadığından təhsil almaqdan məhrumdurlar: «Bu şəxslər, eyni zamanda, nikah qeydi, iş müqaviləsi və bank əməliyyatlarını edə bilmir. Onlar həmçinin, pensiya haqlarından faydalana bilmir, hər hansı təsirə məruz qalanda da polis bölməsinə şikayət etməkdən çəkinir və qorxduqları üçün zamanla problemləri daha da artır».

Yazıda daha sonra da belə insanların ayrılıqda taleyindən bəhs edilir. Türkiyəyə 2011-ci ildə anasının yanına getdiyini bildirən Sədai Nəcəfli qəzetə bunları deyib: «Biz burada dini kəbinlə ailə qurmuşuq. İki övladım var, rəsmi nikaha girə bilmirik. Azərbaycanın Diaspor Komitəsindən gəlmişdilər, onlarla da danışdıq. Dedik ki, bizim həyatımız çətinləşib. Uşaqlarımızın şəxsiyyətini təsdiq edən sənədləri yoxdur».

Türkiyənin Niğdə bölgəsinin Bor rayonundakı gecə klublarından birində keçirilən əməliyyat zamanı doqquz azərbaycanlı saxlanılıb.

Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, axtarış zamanı klubdan bir ədəd doqquz millimetrlik tapança və narkotik vasitə aşkarlanıb.

Saxlanılan şəxslərdən birinin pasportuna saxta giriş möhürü vurulduğu, beşinin isə iş icazəsi olmadan klubda çalışdığı bildirilib. Qalan üç nəfərin deportasiyası ilə bağlı işlər aparılır.

Azərbaycanlılarla yanaşı, bir rusiyalı və üç gürcü də saxlanılıb.

Daha çox göstər
Back to top button