İctimaiyyət

Firudin Cəlilov: Müəllimin maaşı yaşamına bəs etmir

Azərbaycanın keçmiş təhsil naziri Firudin Cəlilov Amerikanın Səsinə müsahibəsində Müəllimlər Günü ilə bağlı danışıb.

Müəllimlik Azərbaycanda həmişə müqəddəs sənət sayılıb.Azərbaycanda müəllim sənəti o qədər aşağılandı ki, indi çox adamın özünə müəllim deməyə üzü gəlmir. Bunun da səbəbləri var? Çünki müəllimləri çirkin işlərdə işlətdilər, müəllimlərə az maaş verdilər. Müəllim hazırlığı çox bərbad vəziyyətə düşdü. Son illərdə, elə vaxt olub ki, müəllim olmaq üçün sənəd verənlərin sayı barmaqla sayılıb. Halbuki qabaqlar müəllimlik sənətinə yiyələnmək üçün institutlarda böyük konkursar olardı. Bütün bunların səbəbi təhsilin səviyyəsinin aşağı düşməsi, müəllimə dəyər verilməməsi, müəllim kadrlarının doğru seçilməməsi, müəllimlərdən başqa çirkin işlərdə istifadə olunması və sairdir. Amma, bütün bunlara baxmayaraq Azərbaycanda çox dəyərli müəllimlər olub və yenə də var. Biz onların peşə bayramını təbrik edirik.

Bir dəfə deputatlardan bir demişdi ki, müəllim yaxşı yaşaması üçün dərsdən sonra gedib fəhləlik etsin. Yəni müəllimə verilən dəyər budur. Müəllimin sosial vəziyyəti yaxşı deyil. Çünki aldığı maaş da bir maaş deyil. O maaşla müəllim öz yaşamını təmin edə bilmir. Ona görə də müəllimlərin çoxu ailəsini dolandırmaq üçün əsas iş yerindən başqa, tələbə hazırlamağa, bir neçə yerdə dərs deməyə məcbur olur.

 

Daha çox göstər
Back to top button