Təhlil

Mehriban Əliyevanın Vatikana səfəri: Azərbaycanın Avropaya qoyulan milyard dollarlıq investisiyaları və mədəni və iqtisadi maraqı

Ermənistanın İctimai Radiosunda rus dilində yayımlanan “Azərbaycan bir həftə ərzində” proqramında Azərbaycanda həftə ərzində baş verən ən mühüm və maraqlı hadisələr müzakirə olunur. Proqram aparıcıları Anjela Elibegova və Armine Adibekyandır.

Proqram çərçivəsində Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya səfəri müzakirə olundu.

O, Vatikanda Roma Papası ilə görüşdü, Romada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Sebastian katakombalarının açılışında oldu. Qeyd edilir ki, Heydər Əliyev Fondu Avropada aktiv şəkildə müxtəlif mədəni tədbirlərə investisiya qoyur və beləliklə, Azərbaycan dünya mədəni irsini qoruyan bir ölkə kimi təqdim olunur.

Mehriban Əliyeva həmçinin YUNESKO-da çox aktivdir, çünki YUNESKO-nun sabiq baş direktoru İrina Bokova onun dostudur, lakin Bokova ilə onun dostluğu Polad Bülbüloğlunu YUNESKO-nun baş direktoru vəzifəsinə təyin etməyə töhfə verməyib. Multimillion dollarlıq investisiyalara baxmayaraq, onlar AŞPA-dakı deputatlarını və lobbiçilərini saxlaya bilmədilər, çünki bəzi yerlərdə pul işləmir.

Buna baxmayaraq, Azərbaycan və İtaliya arasında çox xüsusi mədəni və iqtisadi münasibətlər vardır. Trans Adriatik Boru Xətti ilə Xəzərin Azərbaycan sektorundan təbii qaz İtaliyaya və daha sonra qərbi Avropaya nəql ediləcəkdi, lakin bu proyektin həyata keçirilməsi Apuliya regionunda etirazlarla qarşılandı. İnsanlar zeytun ağaclarını xilas etməyə çalışdılar. Artıq üçüncü ildir ki, bütün proses dayandırılmışdır və yerli sakinlər buna icazə vermirlər.

Bu problemi hətta Donal Tramp da həll etməyə çalışdı, çünki 2020-ci ildə qaz Avropaya girməlidir. Azərbaycan isə, bu proyektə böyük miqdarda sərmayə qoydu və Yunanıstanda”Desfa” qaz tədarük sistemini satın aldı. Albaniya, Xorvatiya və Bolqarıstanda da çox xərclədi. Mümkun olan hər şey edildi, lakin İtaliya sakinləri zeytun ağacları üçün Əliyev proyektinin həyata keçirilməsinə icazə vermirlər.

Bütün bunlara baxmayaraq, bu məsələ həll olunacaq, çünki bu proyektə 40-45 milyard dollar qoyulmuşdur və boru xətti gec-tez tikiləcəkdir. Hazırda bu məsələ belə qalır və Azərbaycan öz mədəni və iqtisadi layihələrini üsulla həyata keçirir. Əlbəttə ki, bütün bunları rüşvət və korrupsiya sxemləri ilə keçirir, ki öz maraqlarına işlətsin.

Daha çox göstər
Back to top button