İctimaiyyət
“Polis telefonu əlimdən alıb, şəkli sildi” – İngilis jurnalist

“Evening Standard”ın ingilis jurnalisti Ceyms Olley Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ” – “Arsenal” oyununu işıqlandırmaq üçün Bakıya gəlib.
“Qafqazinfo” xəbər verir ki, matçdan sonra Olley Bakı metrosunda əhalinin sıx olduğu zaman şəkil çəkib və öz hesabında paylaşmaq istəyib. Jurnalist bildirib ki, polis onun əlindən telefonunu alaraq fotonu silib.