Təhlil

Ermənistandakı “məxməri inqilab” azərbaycanlıların siyasi düşüncəsinə təsir edib

Meydan TV “Eurasianet”-in İlqar Məmmədov haqqında yazdığı məqaləni tərcümə edib.

Azərbaycan dünyanın ən avtoritar ölkələrindən biridir və burada Əliyev ailəsi illər boyu özünün hakimiyyət monopoliyasını daha da sərtləşdirir. Parlamentdə heç bir müxalifət partiyası təmsil olunmur və müstəqil siyasətçilər sistemli şəkildə ölkəni tərk etməyə məcbur edilirlər və ya da həbs olunurlar.

Lakin İlqar Məmmədov inanır ki, Azərbaycanda hələ imkanların hamısı tükənməyib. Ölkənin ən məşhur siyasi məhbusu Məmmədov avqust ayında azadlığa çıxıb və Respublikaçı Alternativ Partiyasının rəhbəri kimi mövqeyinə davam edir. İndi o deyir ki, REAL seçkilərə qatılmağı planlaşdırır və REAL-ın mübarizə şansı olduğuna inanır.

“Biz prezident Əliyevin birdən-birə azad və ədalətli seçkilər keçirəcəyini düşünəcək qədər sadəlövh deyilik. Bu, baş verməyəcək”- o deyir.

Lakin Məmmədovun fikrincə, müəyyən qədər siyasi təzyiqlə hakimiyyəti qismən azad seçki keçirməyə vadar etmək olar. Bu da onun partiyasına parlamentdə müəyyən yer tutmağa imkan verəcək:

“Keyfiyyətli dəyişikliyi əldə edilə bilinəcək bir şeydir, şübhəsiz. Milli Məclisdə yaxşı təmsilçilik qazansaq, seçkilər mükəmməl olmasa belə, bu, yeni bir hərəkətlilik yaradar “.

Məmmədov işarələdiyi ssenari – müxalifət partiyası parlamentdəki bir neçə yerini sonradan daha böyük dəyişikliyə çevirərək nəticədə Əliyevi hakimiyyətdən uzaqlaşdırır – Ermənistanla müqayisəni qaçılmaz edir. Orda, bu ilin əvvəlində Nikol Paşinyan özünün parlamentdəki kiçik dəstəsinə əsaslanaraq geniş xalq hərəkatına rəhbərlik etdi. Nəticədə uzun müddətdir hakimiyyətdə olan rəhbər Serj Sarkisyan istefaya getdi və Paşinyan baş nazir vəzifəsinə gətirildi.

Məmmədov Paşinyanla birbaşa müqayisə aparılmasından çəkinir. Lakin o qeyd edir ki, Ermənistandakı “məxməri inqilab” azərbaycanlıların siyasi düşüncəsinə, xüsusilə də REAL-ın əsas seçicisi hesab etdiyi oxumuş orta sinifin fikir tərzinə təsir edib:

“Bütün cəmiyyət Ermənistandakı hadisələri çox yaxından izləyirdi. Azərbaycanın orta sinifi – tələbələr, dövlət sektorunun aşağı və orta pilləsində işləyənlər, sahibkarlar və digərləri – xaricə səfər edərkən gürcülər və ermənilərlə təmasda olan bu sinif, özünü nədənsə məhrum olunmuş hiss edir. Azərbaycanı Gürcüstan və Ermənistanla müqayisə edəndə o iki xalqın demokratik yolu heç olmasa sınamağı bacardığını, Azərbaycanın isə bu mənada uğursuz olduğuna təəssüflə baxırlar. Onların bu hisslərinin siyasi əhəmiyyəti vardır”.

Avqust ayında azad edilməmişdən öncə Məmmədov kütləvi iğtişaşlar təşkil etməkdə ittiham olunaraq 5 il həbs həyatı yaşamışdı. Avropa İnsan Haqları Məhkəməsi ona qarşı sürülən ittihamların siyasi motivli olduğunu, onu susdurmaq və hökuməti tənqid etdiyi üçün cəzalandırmaq məqsədi daşıdığını müəyyən edərək Məmmədovun azadlığa buraxılması üçün çağırış edib.

Azərbaycan bu qərarı həyata keçirməkdən imtina etdikdə isə Avropa Şurası Azərbaycanı bu qurumdan çıxarılma təhlükəsi ilə üz-üzə qoyacaq prosedura başladı. Məmmədov, nəhayət, Almaniyanın kansleri Angela Merkelin Bakıya səfərindən bir həftə öncə azad edildi.

Məmmədov yalnız şərti azadlığa buraxılıb və hələ də bəraət uğrunda çalışır. Onun tam bəraət qazanmadan Azərbaycanda qanuni olaraq seçkiyə namizəd kimi qatılıb-qatıla bilməyəcəyi hələ məlum deyil. O qeyd edir ki, partiyanın hüquqşünasları hazırda bu mövzunu araşdırır.

Bununla yanaşı, Məmmədov əlavə etdi ki, onun seçkiyə qatılmasına hakimiyyətin mane ola bilməməsi məqsədilə o, Azərbaycan daxilində və beynəlxalq səviyyədə dövlət rəhbərliyinə müvafiq təzyiq göstrmək üçün səfərbərlik tədbirləri görməyə çalışacaq. Növbəti parlament seçkiləri 2020-ci ilin sonunda nəzərdə tutulub, ancaq REAL erkən seçkinin keçirilməsinə çalışır.

İlqar Məmmədov deyir ki, “hakimiyyətin ən yuxarısından” hədələr almışdır və bu baxımdan o, media haqları fəalı Rasim Əliyevin işini xatırlatdı. Rasim Əliyev, bir azərbaycanlı futbolçunu Facebook`da tənqid etdiyi üçün döyülərək öldürülmüşdü, amma çox insan onun ölümünün siyasətlə bağlı olduğundan şübhələnirlər.

 

Daha çox göstər
Back to top button