BaşlıcaSiyasət

Q.Karasin: “Moskva Qarabağ münaqişəsinin sülhlə nizamlanmasına tərəfdardır”

Rusiya Qarabağ münaqişəsinin Fransa və ABŞ ilə sülh yolu ilə nizamlanmasında ATƏT-in Minsk qrupu həmsədr ölkələri ilə yaxından əməkdaşlıq edir. Rusiyanın Xarici işlər nazirinin müavini Qriqori Karasin,  bu haqda «Известия» qəzetinə verdiyi müsahibəsində   bildirib.“Yalnız bir real perspektiv varki, o da münaqişənin danışıqlar yolu ilə, sülh yolu ilə həllidir. Azərbaycan və Ermənistan xalqlarının təhlükəsizlik, sabitlik və inkişaf sahəsində həyati maraqları müzakirə prosesinin əsasını təşkil edir və Rusiyanın hər vəchlə güclü şəkildə dəstəklədiyi siyasi mexanizmdir-deyərək Q. Karasin bəyan edib.O, xatırladıb ki, ATƏT-in Minsk qrupunun həmsədri olaraq Rusiya üçlüyün digər üzvləri ilə sıx əməkdaşlıq edir. Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləri çərçivəsində qəbul edilmiş qərarlar çərçivəsində sülh sazişlərinin inkişafında münaqişə tərəflərini dəstəkləmək üçün mümkün olan hər şeyi etməyə hazırdır və həmin istiqamətdə çalışır.“Bizim mövqeyimiz dəyişməyib. Bu Rusiyanın Xarici Siyasət Konsepsiyasında protokollaşdırılıb və Vladimir Putinin son görüşlərində iki ölkə liderləri tərəfindən təsdiq edildir- deyərək  Q. Karasin məlumatlandırıb.

 

 

Daha çox göstər
Back to top button