İctimaiyyət
Rusiyadan ən çox azərbaycanlılar deportasiya edilir

2018-ci ilin əvvəlindən Rusiyadan 1600-dən çox qeyri-qanuni miqrant ölkələrinə göndərilib.
Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, təkcə ötən həftə ərzində məhkəmə icraçıları 30-dan çox qanun pozucusunu Rusiyadan çıxarıb.
Qeyri-qanuni miqrantlar arasında Özbəkistan, Qırğızıstan, Tacikistan və Azərbaycandan olanlar liderlik edib.
Deportasiya edilən şəxslər beş ildən sonra Rusiya ərazisinə qayıda biləcək.