Ekonomika

2018-ci ildə Ermənistanda 6% real iqtisadi artım nəzərdə tutulur: BVF məruzəsi

Beynəlxalq Valyuta Fondunun yeni proqnozlarıyla Ermənistanda 6% real iqtisadi artım nəzərdə tutulur. BVF-un oktyabrda dərc edilmiş “Dünya iqtisadiyyatının inkişaf prespektivləri” (World Economic Outlook) məruzəsində Ermənistana aid proqnozlar aprel ayında dərc edilmiş məruzə ilə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Əgər aprel ayının məruzəsində 2018-ci il üçün ÜDM real artımı təxminən 3.4% nəzərdə tutulmuşdursa, proqnozların yenidən nəzərdən keçirilməsindən sonra BVF bu il Ermənistanda 6% real iqtisadi artım gözləyir. Bununla yanaşı, proqnozlaşdırılmış iqtisadi artımın göstəriciləri həm də 2019-cu il üçün yaxşılaşdırılıb. Əgər keçmiş məruzədə 2019-cu ildə 3.5% artım nəzərdə tutulmuşdursa, yeni məruzədə 4.8% artım nəzərdə tutulur.

Məruzəyə əsasən, ümumiyyətlə dünya iqtisadiyyatının artım templəri eyni qalacaq. 2020-ci ilə qədər qlobal artımın 3,7% sabit qalacağı gözlənilir. BVF məruzəsinə əsasən, 2018-ci ildə Dünya ÜDM-un artımının proqnozları 3.7 faizə qədər çataraq 0.2 faiz nöqtəsiylə azalıb və 2019-cu ildə 3.7 faizə qədər çataraq həmçinin 0.2 faiz nöqtəsiylə azalıb.

Daha çox göstər
Back to top button