İctimaiyyət

Azərbaycan bərabərsizliyə görə 157 ölkə arasında 116-cı yerdədir

OXFAM humanitar təşkilatı 2018-ci il üzrə Bərabərsizliyin Azaldılması Öhdəliyi İndeksini açıqlayıb. Bu reytinq hökumətlərin varlılar və yoxsullar arasındakı fərqi azaltmaq yönündə gördüyü işləri dəyərləndirir.

Hazırda 157 ölkəni əhatələyən indeks, hökumətlərin sosial xərclər, vergi və əmək hüquqları ilə bağlı gördüyü işlərə qiymət verir. Bu üç məsələnin uçurumu azaltmaqdan ötrü vacib olduğu vurğulanır.

Azərbaycan 157 ölkə arasında 116-cı yerdədir, Ermənistan 61, Gürcüstan 49, Rusiya 50-ci yerdə qərarlaşıb.

Birləşmiş Ştatlar 23, Çexiya Respublikası 28-ci pillədədir.

Daha çox göstər
Back to top button