Ekonomika

Azərbaycan iqtisadiyyatı ilə bağlı gözlənti pisləşdi

Beynəlxalq Valyuta Fondu 2018-ci il üzrə Azərbaycan iqtisadiyyatına dair iqtisadi artım proqnozunu 0.7 bənd azaldaraq 2-dən 1.3 faizə endirib.

Beynəlxalq Valyuta Fondu (BVF) «Dünyanın iqtisadi mənzərəsi» hesabatının «Oktyabr 2018» sayını «Sabit inkişafı sınayan çətinliklər» başlığı ilə yayıb.

Marja.az saytının xəbərinə görə, hesabatda Azərbaycan iqtisadiyyatına dair proqnozlar da yer alıb. Hesabata görə, Azərbaycan iqtisadiyyatının 2018-ci ildə 1.3, 2019-cu ildə isə 3.6 faiz artacağı gözlənilir. BVF Azərbaycanda bu il 3.5, gələn il isə 3.3 faiz inflyasiya gözləyir.

BVF «Aprel 2018» hesabatında Azərbaycan iqtisadiyyatının 2018-də 2, 2019-cu ildə isə 3.9 faiz artacağını proqnozlaşdırmışdı. Beləliklə, Azərbaycan iqtisadiyyatına dair iqtisadi artım proqnozları aşağı salınıb.

Ötən il Azərbaycanda iqtisadi artımım 1 faizə yaxın olduğu açıqlanmışdı. Habelə, rəsmi məlumatlarda inflyasiya 13 faiz civarında göstərilmişdi.

Müstəqil ekspertlər rəsmi açıqlamalarda Azərbaycanda artımım şişirdildiyini, real inflyasiyanın isə azaldıldığını düşünürlər.

Daha çox göstər
Back to top button