Ekonomika

Birjadan kənarda investorların aktivliyi azalıb

Avqust-sentyabr aylarında Azərbaycanın fond bazarında aktivlik son bir neçə ildə ən aşağı səviyyəyə enib. Bunu Bakı Fond Birjasının və Milli Depozit Mərkəzinin (MDM) statistikası da göstərir.

Ötən iki ay ərzində birjadan kənarda Azərbaycan şirkətlərinin səhmlərinin alqı-satqısı üzrə 793,6 min manat məbləğində 99 əqd bağlanılıb. İlin əvvəlindən birja platformasında 159,8 min manat məbləğində 315 əqd bağlanılıb. MDM-in məlumatına əsasən, bu ilin 9 ayı ərzində səhmlərin birjadankənar dövriyyəsi 336,1 milyon manat təşkil edir. Bu ciddi məbləğə baxmayaraq, 2017-ci ilin eyni dövrü ilə müqayisədə eyni miqdarda əməliyyatlarda (313) fond birjasından kənar qiymətli kağızların dövriyyəsi daha yüksək – 725,8 milyon manat səviyyəsində olub.

Daha çox göstər
Back to top button