İctimaiyyət

Hərbi xidmətə yararsız olan vətəndaş hərbi xidmətə çağrılıb

Bizimyol.info-ya müraciət edən Gəncə şəhər sakini 1994-cü il təvəllüdlü Məmmədov Cabbar Qurbanəli oğlu həqiqi hərbi xidmətə yararsız olduğunu iddia edib.

Onun sözlərinə görə, hərbi xidmətə yararsız olmasına baxmayaraq, həqiqi hərbi xidmətə çağrılıb. Çağırış vərəqəsində onun Kəpəz rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsi tərəfindən 20.10.2018-ci il tarixdə hərbi xidmətə yola düşmək üçün rayon idarəsinə gəlməli olduğu qeyd olunub.

C.Məmmədov bildirib ki, 6 ildir səhhətində olan problemlər səbəbindən həqiqi hərbi xidmətə çağrılmayıb. Səhhətində olan problem qalmaqdadır.

Şikayətçi məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimova müraciət edib.

Vətəndaş Məmmədov Cabbar Qurbanəli oğlunun müraciət əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə informasiya sorğusu göndərilib.

Daha çox göstər
Back to top button