İctimaiyyət

AXCP: ‘3 fəal həbsdə karsa salınıb’

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bildirir ki, həbsdəki 3 fəalları karsa (cərimə kamerası-r) salınıb.

Bu haqda AzadlıqRadiosuna AXCP-dən məlumat veriblər.

Partiyanın məlumatına görə, söhbət hazırda Kürdəxanıdakı təcridxanada saxlanılan Babək Həsənov, Ruslan Nəsirli və Aqil Məhərrəmovdan gedir.

Onların hər birinin 3 günlüyə karsa salınmaqla cəzalandırıldığı bildirilir. Yaxınları və partiyadaşları onlarla görüşə bilməyiblər.

Bundan əvvəl də onların yaxınları ilə görüşlərinə və telefon danışıqlarına icazə verilmədiyi açıqlanmışdı. Hətta bundan ötrü məhkəməyə də şikayət olunmuş, amma şikayətlər təmin edilməmişdi.

AXCP-dən bu dəfə deyilənlərin səbəbi ilə bağlı hər hansı izahat verilməyib.

Hələlik, AXCP-dən verilən bu açıqlamaya Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən və Kürdəxanıdakı təcridxanadan da münasibət öyrənmək mümkün olmayıb.

Daha çox göstər
Back to top button