Təhlil

Su, atəş və Azərbaycanın bal boruları

Ermənistanın İctimai Radiosunda rus dilində yayımlanan “Azərbaycan bir həftə ərzində” proqramında Azərbaycanda həftə ərzində baş verən ən mühüm və maraqlı hadisələr müzakirə olunur. Proqram aparıcıları Anjela Elibegova və Armine Adibekyandır.

Proqram çərçivəsində Azərbaycanda yağışlar, vulkan püskürməsi və Xəzərdə baş vermiş tornado səbəbiylə “atəş, su və Azərbaycanın bal boruları” denilən kataklizmləri müzakirə olundu.

Bakıda və Abşeronda leysanlar olduqca tez-tez və təbii olur. Orada ildə iki dəfə bu cür yağışlar olur və şəhər su altında qalır. Kanalizasiya isə, bu məsələni həll edə bilmir. Aydındır ki, Bakı köhnə şəhərdir və belə çox sayda küçə və su üçün deyildir. Nəticəsə isə, elə olub ki, bəzi yerlərdə su səviyyəsi bir metrə yüksəldi. Bakıda müşahidə olunan güclü yağış uçquna səbəb olub. Belə ki, güclü yağış suları yaşayış binasının ətrafında çəkilmiş hasarın bünövrəsini yuyub. Metro su altında qalıb.

Hər halda, Bakı sulardan iflic oldu və jurnalistlərin sözlərinə görə, Venesiyaya çevrildi. Hər il eyni şey olur və sonunda bunun üçün “Azərsu” şirkətini günahlandıdılar. “Azərsu” kanalizasiya üçün cavabdehdir, lakin “Azərsu” ASC-dən bildirilib ki, onlar fasiləsiz işləyiblər. Qurum problemin meydana gəlməsində günahkar kimi yağıntı miqdarının qısa müddətdə çox olmasını göstərib. Azərbaycanlı millət vəkili Fazil Mustafa da məsələyə ironik münasibət bildirib. Millət vəkili qeyd edib ki, bu məsələdə əsas günah yağışındır:

“Yağış bu qədər sürətlə yağmamalıdır axı. Yağış da baxmalıdır, Bakının vəziyyətini görməlidir, bilməlidir ki, bu şəhərin kanalizasiyası sistemi normal vəziyyətdə deyil. Yağış hiss eləməlidir ki, bu kanalizasiya ilə suyu daşımaq mümkün deyil. Ona görə də bir dənə günahkar var, o da yağışdır. Yağışın da vicdanı olmalıdır”.

Eyni məsələ yayda Mingəçevirdə də olmuşdu. Bunun üçün ayrılan vəsaitlər başqa məqsədlərlə xərclənmişdi. Nəticədə elə olub ki, Bakı və bütün Abçeron işıqsız qaldı və iflic oldu. Bunun üçün “Azərenerji”-nin sədri işdən qovuldu. Belkə də, leysan üçün də “Azərsu”-nun rəhbəri qovulacaq, lakin məsələ belə həll olunmayacaq.

Həmçinin 2012-ci il hadisələri qeyd olunmalıdır. O vaxt sel Astara körpünü dagıdıb. Dövlət tərəfindən ayrılan kompensasiya isə, kənd sakinlərinə çatmadılar. Zərərçəkmişlər üçün nəzərdə tutulan evlər isə, başqa insanların əlində qaldılar. Qeyd olunur ki, bu hadisənin səbəbi çayın təmizlənməmiş olması idi, çünki Kəmaləddin Heydərov orada nərə balığı yetişdirirdi. Bütün bu hadisələrdə oxşarlıqlar var. Nəzərdə tutulan işlər yerinə yetirilməmişdi.

Bakı heyelan və seysmik cəhətdən aktiv zonada yerləşir və heyelanlar səbəbindən Bakıda göydələnlər olmamalıdır. Bu çox təhlükəlidir. Yəni, şəhərin bütün memarlıq mantığı və onun ekosistemi pozulmuşdur. Üstəlik, Xəzərdə neft və qaz hasilatı üçün təhlükəsizlik qaydalarını pozulur.

Ekologlar daima bunu deyirlər. İlham Əliyevin qızı leyla ekoloji problemlərlə məşğul olur, lakin hər il eyni problemlər üzə çıxırlar və bunlar Ermənistan üçün də təhlükəlidirlər, çünki Xəzərdə baş verən ciddi zərzələlər Ermənistan ərazisində də hiss olunur.

Aparıcılar Azərbaycan rəsmilərinə bu pulları və büdcəni oğurlamaqdan imtina etməyi və faydalı bir şeyə investisiya qoymağı xahiş ediblər və ümid ediblər ki, elm adamlarının proqnozlarına zidd olaraq, Bakı su altında qalmayacaq.

Daha çox göstər
Back to top button