Siyasət

Azərbaycan İSİS-in üslubunda Artsaxı “boz zonaların” sırasına daxil edib. AŞPA-da Marukyanın çıxışı

“Boz zonalar” ola bilər, amma “boz insanlar yoxdur”… insnalar bərabərdir və müdafiə edilməlidir və insan haqları və əsas azadlıqlar ayrılmazdır, biz bu standartlardan kənara çıxa bilmərik. Bu barədə oktyabrın 10-da AŞPA-da “Avropa Şurasının və BMT-nin insan haqları üzrə monitorinq orqanları tərəfindən üzv ölkələrin, o cümlədən “boz zonaların limitsiz əlçatanlığı barədə” formulasının müzakirəsi zamanı öz çıxışında ER Parlamentinin “Yelq” fraksiyasının deputatı, Parlaq Ermənistan partiysının sədri Edmon Marukyan qeyd edib.

Formulanın əsas məqsədi tanınmamış ölkələrdə (boz zonalarda), o cümlədən Dağlıq Qarabağda insan hüquqlarının qorunması üçün monitorinq vasitələrinin tətbiqidir. Qeyd edək ki, formula qəbul edilmişdir, yalnız Azərbaycan qarşı olub.

Marukyan öz çıxışında xüsusi olaraq qeyd edib: “ Mənim üçün təəccübləndirici deyildir ki, cənab Molozade bu formulaya əleyhinədir, çünki Azərbaycan insan haqları və əsas azadlıqlarını tam olaraq pozur və Dağlıq Qarabağda vətəndaşlara hücum edərək İSİS (İslam Dövləti) üslubunda hərbçiləri öldürərək sonra bəyan edir ki, “boz zonalarda” monitorinqin keçirilməsinə qarşıdır.

Digər tərəfdən qeyd etmək istəyirəm ki, Freedom House-in məruzələrinə əsasən, Dağlıq Qarabağ “qismən azad” ölkələrin sırasına daxildir, o halda ki, Azərbaycan eyni miqyasda “azad olmayan” ölkə sayılır. Bu, Azərbaycanın bu cür insan hüquqları mexanizmlərinin tətbiqinə niyə qarşı olduğunu anlamağa imkan verən bir göstəricidir “.

Daha çox göstər
Back to top button