
Ermənistanın Müdafiə naziri David Tonoyanın rəhbərlik etdiyi nümayəndə heyəti 12 oktyabr tarixində Daşkənddə keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Müdafiə nazirlərinin toplantısında iştirak etmək üçün Taşkəndə yola düşüb. Bu barədə Ermənistanın Müdafiə nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr departamenti məlumat verib.