İctimaiyyət

Zamirə Hacıyevanın milyonlarla dollarlıq mülkiyyəti barədə Times qəzeti də yazıb

“UWO (“İzahedilməmiş Sərvət Sərəncamı”) vasitəsilə– Böyük Britaniya ərazisində müəyyənləşdirdiyimiz 4,4 milyard funt-sterlinqlik şübhəli sərvətin izinə düşüləcəyini gözləyirik. Buraya öz ölkələrində toxunulmazlıq hüquqları olan güclü elitalara qarşı tədbir görülməsi də daxildir, məsələn, Azərbaycanın hakim ailəsi kimi. Onları mümkün UWO namizədləri kimi göstərmişik, gizli saxta şirkətlər vasitəsilə Londonda milyonlarla funtluq mülkiyyətə sahib olduqları görünür”, – bunu AzadlıqRadiosu-na “Transparency International” şəffaflıq təşkilatından Ben Cowdock deyib.

Qeyd edək ki, Britaniya hökuməti bu ölkədə mülkiyyət sahibi olan ofşor şirkətlərin əsl sahiblərinin adları olan reyestr açıqlamaq öhdəliyi götürüb.

“Hazırda Böyük Britaniya ərazisində 86 min mülkün sahibi gizli şirkətlərdir. Bu baxımdan belə bir reyestrin açıqlanması hüquq-mühafizə orqanlarına, jurnalistlərə, vətəndaş cəmiyyətinə imkan verəcək ki, bu şirkətlərin arxasında kimlərin durduğunu üzə çıxarsın, hüquq-mühafizə orqanlarının araşdırmalarına yardım göstərsin”, – Ben Cowdock bildirir.

UWO – “İzahedilməmiş Sərvət Sərəncamı” Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur. Bu qanun həmin şəxsləri sərvətlərini açıqlamağa məcbur edir. Şübhəli xarici rəsmi və ya ailələri, sərvətlərinin qanuni mənbəyini göstərə bilmirsə, Milli Cinayətkarlıq Agentliyi onların mülkünü ələ keçirmək üçün Ali Məhkəməyə müraciət edə bilər.

Daha çox göstər
Back to top button