İctimaiyyət

Mosvada Gəncə hadisələrinə görə axtarışda olan şəxs saxlanıldı

Moskvada İnterpol vasitəsilə axtarışda olan azərbaycanlı saxlanılıb. Cebhe.info yerli mətbuata istinadən bildirir ki, sözügedən şəxs terrorizm və Azərbaycanda hakimiyyətin qəsb edilməsinə çağırışlarda ittiham edilib.

34 yaşlı şəxs 11 oktyabr səhər saatlarında arxitektor Vlasov küçəsində saxlanılıb.

O, Azərbaycan Cinayət Məcəlləsinin terrorizm, qanunsuz silah dövriyyəsi, qəsdən adam öldürməyə cəhd,  dövlət xadiminin həyatına sui-qəsd maddələri iklə axtarışa verilib. “Bu ilin iyulundan beynəlxalq axtarışda olan şəxs Gəncə hadisələri ilə əlaqədə ittiham edilir”,- deyə mənbə bildirib.

Xatırladaq ki, şəxsin adı açıqlanmır.

Daha çox göstər
Back to top button