Dövlət siyasəti: Dindarlara maşın, jurnalistlərə ev…

Bugünlərdə 14 dini icmaya “Khazar SD” markalı avtomobillər verilib. Azərbaycan istehsalı olan bu avtomobillərin birinin satış qiyməti 16 min manatdır. Daha 7 icmaya isə noyabr ayında açarların təqdim edilməsi gözlənilir. Məlumatı azadliq.org yayıb.
Real Partiyasının icra katibi katibi Natiq Cəfərli düşünür ki, dövlətin dini icmalara avtomobil verməsindən əsas məqsəd,necə dəyərlər yerli avtomobil zavoduna pul qazandırmaqdır.
Neftçaladakı avtomobil zavodu kimi Naxçıvandakı Nazlifan zavodunun da əsas alıcıları dövlət qurumlarıdır. İqtisadçı Natiq Cəfərli deyir ki, bu zavodun istehsal ediyi avtomibillərin 90 faizi dövlətə satılıb.
Amma hüquqşünas Ələsgər Məmmədli isə düşünür ki, burada iqtisadi maraqlardan daha çox siyasi maraqlar rol oynayır. Hökumət bu yolla cəmiyyətin müxtəlif üzvlərini nəzarətdə saxlamaq istəyir.
Sərəncama əsasən, prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 min manat ayrılıb.
Hüquqşünas Ələsgər Məmmədli düşünür ki, demokratik ölkələr bu cür hallara yol verməz. Çünki bir vətəndaş hökuməti sorğulaya bilər ki, niyə mənim ödədiyim vergi hesabına formalaşan dövlət büdcəsindən dini icmalara avtomobil verilir? Amma əlavə edir ki, Azərbaycan reallığında bu ilk hal deyil:
“Son illər din xadimlərinə maaşların verilməsi, dini icmalara avtomobil verilməsi əslində hökumətin ümumi siyasətinin tərkib hissəsidir. Yəni, əslində azad bir jurnalistə məntiqlə hökumət ev də verməməlidir. Amma bunu “sosila qayğı” ilə əsaslandıraraq, verir. Amma bu sosial qayğının altında əsas o yatır ki, jurnalistlər mümkün qədər hökumətin mənfi tərəflərini deməsin, onu tənqid etməsin. Bu dini icmalara avtomobil verilməsi ilə eynidir”.
Ələsgər Məmmədlinin demokratik dövlətlərdə vətəndaşların dini icmalara maşın verdiyinə görə hökuməti sorğulaya biləcəyini deyir.
Azadlıq Radiosu bütün bu deyilənlərlə bağlı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin də münasibətini öyrənmək istədi. Amma bu komitənin sədri Mübariz Qurbanlı hazırda rəsmi tədbirdə olduğunu söyləyərək sualları cavablamaq istəmədi. Prezidentin sərəncamında isə qeyd olunur ki, vəsait dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması məqsədi ilə ayrılıb. Rəsmi məlumatda avtomobillərin dövlət qeydiyyattından keçmiş dini icmalara verildiyi qeyd edilir. Amma bu dəstəyin təkcə islam dini icmaları, yoxsa, başqa dini icmalara da verilib-verilmədiyi bəlli deyil.