BaşlıcaMədəniyyət
1000-dən çox pavilyon. Artsaxda yetişdirilən tropik meyvələr ziyarətçiləri təəccübləndirmişdir

Stepanakert şəhərinin “Veratsnund” meydanında Kənd təsərrüfatı İşçisi Günü münasibətilə “Məhsul bayramı” təşkil edildi.
“Artsakhpress”in müxbirinin verdiyi məlumata görə, sərgidə Artsaxın bütün rayonları iştirak edib.Ermənistan Respublikasında və Artsax Respublikasında fəaliyyət göstərən bir sıra şirkətlər iştirak etmiş və öz məhsullarını satışa çıxarmışlar.
Artsax Respublikasının Prezidenti Bako Sahakyan, digər rəsmi şəxslərin müşaiyyəti ilə birlikdə, pavilyonları ziyarət edərək təqdim olunan kənd təsərrüfatı məhsulları və istehsalatlarıyla tanış olmuşdur.
Sərgidə ötən ilin 850 pavilyonundan fərqli olaraq bu il 1000-dən çox pavilyon təqdim olunub.