Siyasət

Bolton Azərbaycanda insan hüquqları məsələsini qaldıracaq?

“Xahiş edirik, Azərbaycanda insan hüquqları məsələsini qaldırın. İnsan hüquqları pozuntuları tərəfdaşlığımızı zəiflədib”, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Boltonun Azərbaycana səfər edəcəyi haqqında məlumatından bir neçə saat sonra Tvitter-də yazıb.

ABŞ-ın Amerika-Azərbaycan münasibətlərinin hazırki vəziyyəti haqqında yaxşı məlumatı olan yüksək vəzifəli nümayəndəsi dövlət katibinin köməkçisinin müavini Corc Kentin Bakıya bu yaxınlarda baş tutmuş səfərinə istinad edərək, Turan agentliyinə bildirib ki, Boltonun Azərbaycana səfəri “iki ölkənin strateji tərəfdaşlığının dərinləşdirilməsində irəliyə doğru daha bir addım olacaq”. Cənab Kent Azərbaycan rəsmiləri ilə görüşlər zamanı “həqiqətən ədalətsiz olaraq həbs edilmiş siyasi fəalların və jurnalistlərin işlərini qaldırıb”, deyə mənbə bildirib. İnsan hüquqları üzrə ekspertlər Azərbaycan hökumətinin öz vətəndaşlarına münasibətinin əməkdaşlığın təhlükəsizliyinə şərait yaratmır.

“Hüquqlar məsələsindən qaçaraq yanlış mesaj veririk”, deyə Vaşinqtondakı mənbə Turan-a bildirib.

Azərbaycanla dialoqda iştirak edən digər bir diplomat bildirib ki, Vaşinqton “Azərbaycanla iqtisadi və hərbi sahələrdə işləmək istəyir”. Amma əlavə edib ki, “Bolton da prezident İlham Əliyevlə görüşdə həssas insan hüquqları məsələsinə toxunacaq”. Son illər iki ölkə arasında münasibətlər həddindən artıq gərgin idi, belə ki, Azərbaycanda jurnalistlər və hakimiyyətin bütün tənqidçiləri repressiyaya məruz qoyulur. Əliyev hökuməti həmçinin müstəqil və Qərbin xəbər saytlarını, o cümlədən “Azadlıq Radiosu”nun saytını bloklayıb.

Daha çox göstər
Back to top button