BaşlıcaSiyasət

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi : “Qarabağ münaqişəsinin həlli Madrid prinsiplərinə əsaslanır”

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk Qrupunun həmsədrlərinin səylərini dəstəkləyir. Bu barədə cümə axşamı Yerevanda keçirilən mətbuat konfransında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent məlumat verib.Onun sözlərinə görə, Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin son  vaxtlarda  görüşü  keçirilib və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfləri bir araya gətirməyə və əlaqə saxlamağa tərəfdardırlar.“ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir və Azərbaycan və Ermənistanla birlikdə ATƏT üzvü olan dövlətlərdir. Bütün ölkələrimiz öz müqəddəratını təyin etmək hüququ, ərazi bütövlüyü və güc tətbiq edilməməsi hüququnu daxil edən “Madrid prinsipləri” kimi tanınan ATƏT standartlarını tanıyır. Hər bir ölkənin öz şərhləri ola bilər, lakin qərar bu prinsiplərə əsaslanır”-deyərək Kent bəyan edib.

 

Daha çox göstər
Back to top button