Təhlil

Azərbaycanda mətbuatın təzyiqləri və daxili siyasi proseslər

Ermənistanın İctimai Radiosunda rus dilində yayımlanan “Azərbaycan bir həftə ərzində” proqramında Azərbaycanda həftə ərzində baş verən ən mühüm və maraqlı hadisələr müzakirə olunur. Proqram aparıcıları Anjela Elibegova və Armine Adibekyandır.

Proqram çərçivəsində azərbaycanlı fəal Fatimə Mövlamlı tərəfindən icazəsiz çəkilişlər apardığını müzakirə olundu.

Azərbaycan Ali Məhkəməsi “Jam.az” saytının rəhbəri Fikrət Fərəməzoğlunun barəsində olan məhkəmə qərarından verilən kassasiya şiakyətini qismən təmin etdi. Daxili İşlər Nazirliyi Fərəməzoğlunun bir qrup şəxslə birlikdə bir çox sahibkarları və vəzifəli şəxsləri nüfuzdan salan nəşrlərlə şantaj edərək, onlardan böyük məbləğdə pul aldığını iddia etmişdi. Ali Məhkəmə onun cəzasını 7 ildən 6 ilə endirib.

Bütün bu proseslər başa çatmadan iş Avropa Məhkəməsinə girə bilməz. Onlar Avropa Məhkəməsinə müraciət etmək istəyirlər. Bu, AİHM-də Azərbaycana qarşı nöbəti işi olacaq və Azərbaycan nöbəti dəfə uduza bilər, lakin Azərbaycan AİHM-in qərarlarını yerinə yetirmir və bu işlər yenidən AİHM-ə gedirlər.

Sonunda da Emin Hüseynovun AİHM-də araşdırılmış işi qeyd olundu. Bu tam bir detektiv həkayəsi olub.

Eyni zamanda, Azərbaycanda xəbər saytları ilə çox maraqlı hadisələr baş verir. Saytlar İnformasiya Nazirliyi tərəfindən səlahiyyətlilərin şikayəti  üzrə bağlanırlar. Proses belə baş verir. Şikayət gəlir və ilk öncə redaktora xəbər verirlər və məlumat silinməlidir.

Demək olar ki, öncə xəbərdarlıq edirlər və redaktor məlumatı silməzsə, onu həbs edirlər, saytı isə bağlayırlar. Son aylar ərzində 4-5 sayt elə bağlanmışdır. Bir zamanda belə şeylər məhkəmə ilə həll olunurdu, indi isə məmurların bir sözü kifayətdir.

Məsələn, Apa holdinginin bağlanma səbəbləri ilə bağlı bir sıra versiyalar var. Versiyalardan biri, prezident Əliyevin sölərini yalnız təqdim etmək, diğəri isə, Leyla Əliyevanın müğəni Zara ilə videosunun yayımlanmasıdır.

Üçüncü versiya isə, daha həqiqətə uyğun ola bilər. Əsas səbəbi media-holdingin sahibi Kəmaləddin Heydərovu cəzalandırmaqdı. WikiLeaks-in məlumatına görə, Heydərovlar Azərbaycanda ikinci böyük klanıdır. Bundan əvvəl də Nəqliyyat naziri Ziya Məmmədov və Azərbaycan Milli Təhlükəsizlik naziri Eldar Məhmudov yerindən edilmişdi.

Əliyev oligarxlardan qurtulmağa başlayıb və bu həmçinin Paşayevlərin mövqelərini gücləndirir. Ramiz Mehdiyev də artıq görünmür. Yəni, İlham Əliyev özünü öz adamları ilə əhatə edir. Əliyev hakimiyyətin köçürülməsinədək onları zəiflətməyə çalışır.

Daha çox göstər
Back to top button