Bakı qəbiristanlığından onlarla metal xaçları oğurlanıb

Bakının Sabunçu rayonunun polisləri qəbirləri soyan şəxsləri saxlayıblar. Bu barədə Sputnik Azərbaycan-a Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşları məlumat veriblər.
Bu cinayət nəticəsində zərərçəkmiş Anton Kuznetsovun vəkili Mürvət Əliyev bildirib ki, kütləvi vandalizm aktı Bakının Zabrat qəsəbəsindəki qəbiristanlıqda baş verib. Onun sözlərinə görə, sonuncu vandalizm aktı oktyabrın 13-də qeydə alınıb.
Qəbiristanlığın nəzarətçisi oğrunun köhnə yaşıl “Moskviç”də qəbiristanlığa gələrək onlarla metal xaçları ora necə yüklədiyini kamera ilə çəkib. Onun oğrunu necə polis çağıracağı və cəzalandırılacağı ilə bağlı təhdid etdiyi də videoda açıq-aydın görünür.
Kuznetsovun nümayəndəsi hesab edir ki, bu faktla bağlı günahlandırılan şəxs AR Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə (Qəbir üzərində təhqiredici hərəkət) cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bununla yanaşı, o, əmindir ki, bu işlə bir nəfər yox, bir qrup adam məşğul olur.
Vəkilin sözlərinə görə, bu məlumatı heç bir halda xristian əlaliyə qarşı yönəlmiş etnik zəmində addım kimi qiymətləndirmək olmaz. Çünki müsəlman qəbirlərinin də oğurlandığına dair çoxsaylı faktlar mövcuddur.